İrəvanda Ermənistan-ABŞ iqtisadi əməkdaşlığı müzakirə olunub – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistan xarici işlər nazirinin müavini vəzifəsini icra edən Vahan Kostanyan ABŞ Ticarət Palatasının böyük vitse-prezidenti Kuş Çoksi ilə görüşüb.

Görüşdə tərəflər ticarət, iqtisadiyyat, kənd təsərrüfatı, energetika və informasiya texnologiyaları sahələrində münasibətlərin təsisatlandırılması perspektivlərini müzakirə ediblər. Həmçinin Ermənistan və ABŞ arasında son illər əldə olunan uğurlar və yüksək səviyyəli razılaşmaların icrası vurğulanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31