Gürcü musiqiçi Nikoloz Raçveli "Gürcü Arzusu" partiyasını sərt tənqid edib – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ukraynada olan gürcü musiqiçi Nikoloz Raçveli hakim "Gürcü Arzusu" partiyasının parlament çoxluğunun lideri İrakli Kirtsxaliyanın ittihamlarına sosial şəbəkədə kəskin cavab verib. Kirtsxaliya bir sıra mədəniyyət xadimlərini, o cümlədən Raçvelini 2008-ci il Avqust müharibəsindən sonra Rusiyada konsertlər verməkdə günahlandırmışdı.

Hazırda Kiyevdə atəş altında olduğunu və konsert repetisiyalarına hazırlaşdığını bildirən Raçveli "Gürcü Arzusu" partiyasının onda tiksinti yaratdığını bəyan edib. O, Putinin qanlı rejimini lənətlədiyini, Ukrayna xalqına dəstəyini və Gürcüstanın milli qəhrəmanı Giorgi Antsuxelidzenin xatirəsinə sadiqliyini vurğulayaraq öz missiyasını ədaləti müdafiə etməkdə gördüyünü bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31