Alman ailələri ABŞ-İsrailin İrana qarşı müharibəsinə görə 16,8 milyard avro itirəcək-ÖZƏL

ABŞ-İsrailin İrana qarşı müharibəsinin iqtisadi nəticələri Almaniya ailələrinə ümumilikdə 16,8 milyard avroya başa gələ bilər. Olaylar.az xəbər verir ki, bu barədə Münhen İqtisadi Tədqiqatlar İnstitutunun (Ifo) hesabatında bildirilir.
Araşdırmaya görə, alman ailələri illik gəlirlərinin orta hesabla 1,15%-ni itirə bilər. Ən yoxsul ailələrin 10%-ində bu göstərici 2,9%, ən varlı ailələrdə isə 0,65% olacaq.
İqtisadçıların sözlərinə görə, enerji və digər qiymət artımları daha çox aztəminatlı ailələrə təsir edəcək. Təqaüdçülər də əsas risk qrupuna daxildir. Hesablamalara əsasən, ümumi itki hər bir ev təsərrüfatının illik gəlirində orta hesabla 403 avro azalma deməkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31