Ermənistana Aİ və ya Aİİ seçimi üçün dekabra qədər vaxt verilib – ÖZƏL
11:00 DünyaOlaylar.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin müavini Mixail Qaluzin bildirib ki, Ermənistan dekabr ayına qədər Avropa İttifaqına inteqrasiya və ya Avrasiya İqtisadi İttifaqında qalmaqla bağlı ümumxalq referendumu keçirməlidir. Əks halda, Aİİ liderləri dekabr görüşündə İrəvana qarşı növbəti addımları, o cümlədən 2014-cü il müqaviləsinin dayandırılmasının nəticələrini müzakirə edəcəklər.
Lakin Ermənistan Baş naziri Nikol Paşinyan Aİ-nin hazırda real alternativ olmadığını vurğulayaraq referendumun mənasız olduğunu bəyan edib. İrəvanın 2025-ci ildə Aİ-yə üzvlük prosesinə başlamasından sonra Rusiya tərəfi standartların dəyişdirilməsinin iqtisadi təhdidlər yaradacağını bildirib. Rusiya Prezidenti Vladimir Putin isə bəyan edib ki, Aİİ-dən çıxacağı təqdirdə Ermənistan ÜDM-nin 14%-ni və ticarət dövriyyəsinin təxminən 40%-ni itirə bilər.