Krım Dnestryanının Rusiya vətəndaşlığı istəyini Qərbə siqnal adlandırdı- ÖZƏL

Krım Respublikası Dövlət Şurasının sədri Vladimir Konstantinov Dnestryanı sakinlərinin Rusiya vətəndaşlığı almaq istəyini Qərbə açıq siqnal kimi qiymətləndirib.
Olaylar.az xəbər verir ki, o, TASS-a açıqlamasında bildirib ki, Dnestryanı sakinlərinin Rusiyaya meyilliliyi Krım əhalisinin 2014-cü ildə seçdiyi yola bənzəyir.
Dnestryanı lideri Vadim Krasnoselskinin sözlərinə görə, 60 min sakin Rusiya pasportu almaq istəyir. Hazırda bölgədə təxminən 500 min insan yaşayır və onların 220 mini artıq Rusiya vətəndaşıdır.
May ayında Rusiya Prezidenti Vladimir Putin Dnestryanı sakinlərinə Rusiya vətəndaşlığının verilməsi prosedurunu sadələşdirən fərman imzalayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31