Xatya Dekanoidze Gürcüstan hakimiyyətini İranla maliyyə əlaqələrinə görə tənqid edib – ÖZƏL
14:44 DünyaOlaylar.az xəbər verir ki, "Vahid Milli Hərəkat" partiyasının liderlərindən biri Xatya Dekanoidze ABŞ Maliyyə Nazirliyinin Gürcüstanda təsis edilmiş kriptoşirkətə qarşı sanksiya tətbiq etməsini şərh edib. O, İran maliyyə institutlarının Bidzina İvanişvili hakimiyyətinə dəstək verməsinin ciddi təhlükə yaratdığını bildirib. Dekanoidze Gürcüstan rəhbərliyinin Kulevi neft terminalı ilə bağlı Avropa İttifaqının dəfələrlə etdiyi xəbərdarlıqlara məhəl qoymadığını vurğulayıb.
Siyasətçi ölkədə bir çox saxta İran şirkətinin fəaliyyət göstərdiyini, hətta eyni kənddə və eyni küçədə birdən çox belə müəssisənin qeydiyyata alındığını diqqətə çatdırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31