Sona Qazaryan Nikol Paşinyanın mübahisəli sualına bəraət qazandırıb – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanın "Mülki Müqavilə" partiyasından olan deputat Sona Qazaryan parlamentdə jurnalistlərə açıqlamasında baş nazir Nikol Paşinyanın qarabağlı ictimai xadim Artur Osipyanla mübahisə zamanı verdiyi "Niyə həlak olmadın?" sualına münasibət bildirib. Deputat Paşinyanın heç kimə ölüm arzulamadığını, bunun sadəcə siyasi debat çərçivəsində verilmiş sert bir sual olduğunu vurğulayıb. O, Osipyanı siyasi fiqur adlandıraraq baş nazirin ifadələrini şəxsi hücum deyil, siyasi formul kimi dəyərləndirib. 

Hakim partiya nümayəndəsi hadisəni iki siyasətçi arasında diskussiya kimi qələmə versə də, hüquq-mühafizə orqanlarının Osipyana qarşı xuliqanlıq və zorakılığa çağırış maddələri ilə cinayət işi qaldırdığı, 2026-cı ilin iyununda isə prokuror tərəfindən qətimkan tədbirinin ləğv edildiyi məlumdur. Həbs mövzusuna toxunan Qazaryan siyasətin hüquq-mühafizə orqanlarının işinə qarışdırılmaması gərəkdiyini və bütün cinayət işlərinin yalnız hüquqi müstəvidə araşdırıldığını qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31