Gürcüstan parlament çoxluğunun lideri: “Bir sıra şəxslər xarici maraqlara xidmət edir” – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstan parlament çoxluğunun lideri İrakli Kirçxaliya Baş nazir İrakli Kobaxidzenin bir həftə əvvəl dərc etdiyi məqaləyə münasibət bildirərək ölkədə bəzi siyasətçilərin, QHT nümayəndələrinin və ictimai xadimlərin xarici qüvvələrin maraqlarına xidmət etdiyini iddia edib.

Kirçxaliyanın sözlərinə görə, 2008-ci il Rusiya-Gürcüstan müharibəsindən sonra Rusiyada fəaliyyətlərini davam etdirən və müxtəlif layihələrdə iştirak edən bəzi mədəniyyət xadimləri Ukraynada müharibə başlayandan sonra sərt anti-Rusiya mövqeyi nümayiş etdirməyə başlayıblar. O, bu dəyişiklikləri xarici təsirlərlə əlaqələndirib.

Hakim komanda təmsilçisi həmçinin bəzi müxalif siyasi qüvvələrin və QHT-lərin "dərin dövlət" adlandırdığı xarici şəbəkələrin təsiri altında fəaliyyət göstərdiyini irəli sürərək, onların anti-Rusiya əhval-ruhiyyəsinin son illərdə xüsusilə gücləndiyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31