Lukaşenko Zyuqanovla partiyalararası əməkdaşlıq məsələlərini müzakirə edəcək- ÖZƏL

Belarus Prezidenti Aleksandr Lukaşenko Minskdə Rusiya Federasiyası Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Gennadi Zyuqanov ilə görüşür. Olaylar.az xəbər verir ki, bu barədə Belarus Prezidentinin mətbuat xidmətinə bağlı olan "Pool Pervogo" Telegram kanalı məlumat verib. Onun sözlərinə görə, gündəliyə Belarus-Rusiya əməkdaşlığının təkmilləşdirilməsi və partiyalararası qarşılıqlı əlaqənin inkişaf etdirilməsi daxildir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31