Gürcüstanın daxili siyasi bəyanatları Tsxinvali tərəfindən Tbilisiyə qarşı istifadə olunur – ÖZƏL

Olaylar.az xəbər verir ki, Tsxinvalinin separatçı rejimi Gürcüstan Xarici İşlər Nazirliyinin 2008-ci il avqust müharibəsinin ildönümü ilə bağlı bəyanatına reaksiya verib. Regionun qondarma xarici işlər idarəsi Rusiyanın işğalçı siyasətinə bəraət qazandırmağa çalışaraq, Tbilisini faktları təhrif etməkdə günahlandırıb.

Separatçılar öz bəyanatında Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin keçmiş prezident Mixeil Saakaşvilini müharibənin başlanmasında təqsirləndirən son çıxışlarına istinad ediblər. Onlar iddia ediblər ki, məsuliyyət təkcə Saakaşvilinin deyil, ümumilikdə Gürcüstan dövlətinin üzərinə düşür. Tsxinvali rejimi Rusiyanı özünün "təhlükəsizlik qarantı" adlandıraraq Tbilisini mövcud reallıqları qəbul etməyə çağırıb

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31