Ermənistan turist zonalarının inkişafına 120 milyon avro ayırır – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan Dünya Bankı və Ərazinin İnkişafı Fondunun nümayəndələri ilə keçirilən görüşdə Turizm və Regional İnfrastrukturun Yaxşılaşdırılması Proqramının (TRIP) icrasını müzakirə edib. Tərəflər layihənin sürətləndirilməsi, mexanizmlərin təkmilləşdirilməsi və sıx əməkdaşlığın davam etdirilməsi barədə razılığa gəliblər. 

Ümumi büdcəsi 120 milyon avro olan TRIPP proqramı çərçivəsində Qoris, Areni, Cermuk, Yeleqis, Dvin, Gümrü və Dilican kimi turizm klasterlərində infrastrukturun modernləşdirilməsi, eləcə də şərab, müalicəvi-kurort, mədəniyyət və ekoturizmin inkişafı nəzərdə tutulur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31