ABŞ kəşfiyyatından xəbərdarlıq: Rusiya NATO-nun iradəsini sınaya bilər – ÖZƏL
14:08 DünyaOlaylar.az xəbər verir ki, ABŞ kəşfiyyatının yeni hesabatlarına əsasən, Rusiya Prezidenti Vladimir Putin yaxın illərdə alyansa daxil olan ölkələrdən birinə məhdud hücum həyata keçirməklə NATO-nun iradəsini sınamağa cəhd edə bilər. Bu barədə "The Wall Street Journal" qəzeti məlumat dərc edib.
Hesabatlarda kiberdəniz hücumlarından tutmuş kiçikmiqyaslı quru müdaxiləsinə qədər müxtəlif ehtimal olunan ssenarilər nəzərdən keçirilir.
ABŞ rəsmilərinin dilə gətirdiyi bu qiymətləndirmələr ordunun gələcəkdə Rusiya və ya Çinlə baş verə biləcək potensial müharibədə ehtiyac duyacağı kritik sursatların çatışmazlığı fonunda ortaya çıxıb.
Birləşmiş Ştatlar Ukraynaya edilən hərbi yardımlar və İranla yaşanan münaqişə səbəbindən öz silah ehtiyatlarını əhəmiyyətli dərəcədə azaldıb. Digər rəsmi şəxslərin sözlərinə görə, ordunun uzaqmənzilli yüksək dəqiqlikli raketlər, taktik raket kompleksləri və "Stinger" qısamənzilli zenit-raket ehtiyatları hazırda ciddi risk altındadır.