Avstraliya ABŞ-dan Hərbi Hava Qüvvələri üçün 500 milyon dollar dəyərində raket almağı planlaşdırır- ÖZƏL

Avstraliya ABŞ-dan Hərbi Hava Qüvvələri üçün ən son AIM-260A JATM (Birgə Qabaqcıl Taktiki Raket) hava-hava raketlərinin alınması üçün 492,5 milyon dollar (700 milyon Avstraliya dollarından çox) ayırıb. Olaylar.az xəbər verir ki, bu barədə müdafiə naziri Riçard Marles də bildirib.
Marles qeyd edib ki, "Avstraliya ABŞ-dan kənarda bu qabaqcıl, uzun mənzilli hava-hava raketlərini idarə edən ilk ölkə olacaq". Təxminən 450 raketin çatdırılma tarixləri açıqlanmayıb.
Lockheed Martin tərəfindən hazırlanmış AIM-260A JATM raketinin əvvəlcə 2022-ci ildə istifadəyə verilməsi planlaşdırılırdı. Lakin proqram çətinliklərlə üzləşib. Son məlumatlara görə, yeni raketlər 2026-2027-ci illərdə istifadəyə veriləcək.
Avstraliya Kral Hərbi Hava Qüvvələri üç eskadrilya və bir təlim bölməsinə bölünmüş 72 F-35A qırıcı təyyarəsindən istifadə edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31