Argentina erməniləri Paşinyan hakimiyyətini Kilsəyə təzyiqdə ittiham edib – ÖZƏL

Olaylar.az xəbər verir ki, Argentinadakı erməni təşkilatları Ermənistan Apostol Kilsəsinin muxtariyyətinə müdaxiləni və bütün ermənilərin katolikosu II Qareginə qarşı aparılan cinayət təqibini qətiyyətlə pisləyiblər.

Birgə bəyanatda qeyd olunub ki, Ermənistan Apostol Kilsəsi təxminən iki min il ərzində erməni xalqının milli kimliyinin, mənəvi həyatının və birliyinin əsas dayaqlarından biri olub. Təşkilatlar hesab edirlər ki, dünyəvi məhkəmə orqanlarının Kilsənin daxili, kanonik və təşkilati məsələlərinə müdaxiləsi qəbuledilməzdir və dini azadlıqlara təhdid yaradır.

Bəyanat müəllifləri vurğulayıblar ki, Ermənistanın ciddi geosiyasi çağırışlarla üzləşdiyi bir dövrdə dövlətlə Kilsə arasında qarşıdurmanın dərinləşdirilməsi milli həmrəyliyi zəiflədir və ölkənin dayanıqlılığına zərbə vurur.

Argentinadakı erməni icması avqustun 7-nə təyin edilmiş məhkəmə prosesini diqqətlə izləyəcəyini bildirib və II Qareginə, eləcə də Ali Ruhani Şuranın üzvlərinə qarşı açılmış cinayət işlərinin dərhal və qeyd-şərtsiz dayandırılmasını tələb edib.

Bəyanatda Ermənistan hakimiyyətinə Kilsənin muxtariyyətinə, kanonik qaydalara və onun tarixi missiyasına hörmətlə yanaşmaq, həmçinin cəmiyyətdə barışıq və həmrəyliyin möhkəmləndirilməsinə şərait yaratmaq çağırışı da yer alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31