Estoniyanın XİN rəhbəri: “Tallin Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir” – ÖZƏL
13:08 DünyaOlaylar.a xəbər verir ki, Estoniyanın xarici işlər naziri Margus Tsahkna Rusiyanın Gürcüstana qarşı başladığı müharibənin 18-ci ildönümü ilə bağlı bəyanat yayaraq Tallinin Gürcüstan xalqının yanında olduğunu və ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü qətiyyətlə dəstəklədiyini bildirib.
Nazir vurğulayıb ki, Rusiyanın Gürcüstan torpaqlarını işğal altında saxlaması və Ukraynaya qarşı genişmiqyaslı müharibəsi Kremlin öz ambisiyalarına çatmaq üçün hələ də güc tətbiqinə arxalandığını göstərir. Margus Tsahkna beynəlxalq səviyyədə tanınmış sərhədlərin güc yolu ilə dəyişdirilməsi cəhdlərini qətiyyətlə rədd etdiklərini bəyan edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31