Yerusəlim Erməni Patriarxlığı II Qareginə qarşı məhkəmə təqibini pisləyib – ÖZƏL

Olaylar.az xəbər verir ki, Yerusəlim Erməni Patriarxlığı bəyanat yayaraq Bütün Ermənilərin Katolikosu II Qaregin və Ali Dini Şuranın üzvlərinə qarşı başlanan cinayət təqibinin dərhal dayandırılmasını tələb edib. Bəyanatda hakimiyyətin kilsənin daxili işlərinə müdaxiləsi, siyasi təzyiqlər və seçmə ədalət yanaşması kəskin şəkildə pislənilib.

Patriarxlıq vurğulayıb ki, dövlət orqanlarının kilsənin daxili, kanonik və inzibati məsələlərinə qarışması kilsə müstəqilliyinə ziddir və bu durum bütün dünyadakı erməni dini strukturlarının nüfuzuna xələl gətirir. Bəyanatda həmçinin erməni xalqı kilsəni müdafiə etməyə çağırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31