ABŞ-ın yeni nüvə strategiyasının qlobal riskləri artıracağı iddia edilir- ÖZƏL
11:27 DünyaÇinli hərbi ekspert Çjan Cunşe bildirib ki, ABŞ-ın Rusiya və Çinə qarşı hazırladığı yeni nüvə strategiyası qlobal nüvə müharibəsi riskini artıraraq silahlanma yarışını sürətləndirə bilər. Onun sözlərinə görə, Vaşinqton taktiki nüvə silahlarını müxtəlif platformalarda yerləşdirmək və hipersəsli raketləri nüvə başlıqları ilə təchiz etmək imkanına malikdir. Olaylar.az xəbər verir ki, ekspert hesab edir ki, bu yanaşma nüvə çəkindirmə həddini aşağı salaraq qlobal təhlükəsizliyi zəiflədəcək.
Qeyd edək ki, NBC News daha əvvəl Pentaqonun Rusiya və Çinlə mümkün regional münaqişələri nəzərə alan yenilənmiş nüvə strategiyası hazırladığını bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31