Qazaxıstan məktəblərində süni intellekt tədris olunacaq
18:20 DünyaQazaxıstanda rəqəmsal savadlılıq və kompüter elmləri tədris planlarına süni intellekt əsasları əlavə edilib.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, şagirdlər həmçinin neyron şəbəkələri, məlumatların təhlili və kibertəhlükəsizlik sahələrini də öyrənəcəklər.
Yenilənmiş tədris planlarına 43 təlim məqsədi əlavə edilib. Onlar şagirdlərin hazırlıq səviyyəsinə əsasən yaş qruplarına bölünüb.
Yeni mövzulara media savadlılığı da daxildir. Şagirdlər sinifdən sinifə keçdikcə dərs məzmunu daha da mürəkkəbləşəcək.
Tədris planının yenilənməsi dövlət başçısının göstərişlərinə əsasən 2025-ci ilin sentyabr ayında mərhələli şəkildə başlayıb. Yeni materiallar tətbiq olunmazdan əvvəl sınaqdan keçirilib.
Təhsil prosesində süni intellektdən istifadə etmələrinə kömək etmək üçün müəllimlər üçün metodoloji tövsiyələr hazırlanır.