Kiyevdə matəm elan edildi

Kiyev bölgəsində Rusiyanın raket və dron hücumu nəticəsində ölənlərlə bağlı matəm günü elan olunub.

Milli.Az xəbər verir ki, bunu Kiyev Regional Dövlət Administrasiyasının rəhbəri Timur Tkaçenko açıqlayıb.

Onun sözlərinə görə, matəm çərçivəsində bölgədə Ukraynanın Dövlət bayraqları yarıya qədər endiriləcək, həmçinin əyləncə xarakterli tədbirlərin keçirilməsi məhdudlaşdırılacaq.

Qeyd edək ki, avqustun 5-i gecə Kiyev vilayətinə həyata keçirilən kütləvi raket və dron hücumu nəticəsində 17 mülki şəxs həlak olub, 44 nəfər yaralanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31