Artur Xaçatryan: "Həbs qətimkan tədbiri insanlara əziyyət vermək üçün istifadə olunur" – ÖZƏL
14:38 DünyaOlaylar.az xəbər verir ki, Ermənistan Milli Məclisində vitse-spiker seçkisi zamanı "Ermənistan" fraksiyasının katibi Artur Xaçatryan ölkədə insan hüquqlarının vəziyyətini və həbs qətimkan tədbirlərinin tətbiqini kəskin tənqid edib.
Müxalifətçi deputat Areqnaz Manukyanın 14 yaşlı qızının anası ilə görüşünə qoyulan qadağanı nümunə göstərərək, hakim "Mülki Müqavilə" partiyasının nümayəndələrinə müraciət edib və həbsin hüquqi tədbirdən daha çox insanlara əzab vermək və qisas almaq məqsədilə istifadə olunduğunu bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31