Levon Köçəryan: "Hakimiyyət müxalifətə göz dağı vermək üçün ailəmizin obyektlərində reydlər keçirir" – ÖZƏL
13:10 DünyaOlaylar.az xəbər verir ki, Ermənistanın ikinci prezidenti Robert Köçəryanın oğlu, parlamentin deputatı Levon Köçəryan parlament seçkilərindən dərhal sonra Dövlət Gəlirləri Komitəsinin xüsusi təyinatlılarının onların ailəsinə, o cümlədən həyat yoldaşı Siruşonun obyektlərinə və şirkətlərinə basqın edərək yoxlamalar apardığını bildirib. Kompüterlərin müsadirə edildiyini və bu addımların qorxu yaratmaq məqsədi taşıdığını deyən deputat, heç bir qanunsuzluğun tapılmayacağını vurğulayıb.
L.Köçəryan ailəsinin də "Çiçəklənən Ermənistan" partiyasının lideri, 2 aylıq həbs edilən və biznes imperiyası, o cümlədən onlarla daşınmaz əmlakı müsadirə olunan Qagik Tsarukyanın taleyini yaşaya biləcəyini istisna etməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31