Zelenski: Qərbin gecikməsi səbəbindən raketlərin qarşısını ala bilmədik- ÖZƏL
13:07 DünyaUkrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Qərb tərəfdaşlarının hava hücumundan müdafiə sistemləri və raketlərin tədarükünü gecikdirməsi nəticəsində ölkə ötən gecə həyata keçirilən raket hücumlarının qarşısını ala bilməyib.
Olaylar.az xəbər verir ki, Zelenskinin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri gecə Rusiyanın buraxdığı "Zirkon" və "İsgəndər" raketlərindən heç birini zərərsizləşdirə bilməyib. Hücum nəticəsində Kiyev vilayətində anbar və logistika obyektlərinə ziyan dəyib, "Nova Poçta"nın çeşidləmə mərkəzi isə məhv edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31