Ermənistanda seçkiqabağı dövrdə cinayət işlərinin sayı kəskin artıb – ÖZƏL
12:40 DünyaOlaylar.az xəbər verir ki, Ermənistanda 2026-cı ilin birinci yarısında, seçkiqabağı ərəfədə cinayət işlərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 16,6% artaraq 41 250 müraciətə çatıb. İstintaq Komitəsinin məlumatına görə, bu müraciətlərdən 32 472-si üzrə cinayət təqibi başladılıb, məhkəməyə göndərilən işlərin sayısı isə 62,2% artaraq 9 910-a yüksəlib.
Siyasi gərginliyin artdığı bu dövrdə yüzlərlə müxalifət nümayəndəsi təqsirləndirilən şəxs qismində cəlb olunub. Ən çox təzyiqə məruz qalan "Güclü Ermənistan" partiyasının lideri, biznesmen Samvel Karapetyan daxil olmaqla, bir çox müxalifətçilər barəsində cinayət işləri davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31