Türkiyə gəmilərinə Qara dənizdə dron hücumu: Yaralılar var
14:34 DünyaTürkiyəyə məxsus mülki gəmilər Qara dənizdə dron hücumuna məruz qalıb.
Milli.Az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, Türkiyə şirkətlərinə məxsus "Yaşar" və "Nadezhda" adlı gəmilər avqustun 3-də Novorossiysk limanından ayrıldıqdan sonra dron hücumunun hədəfinə çevrilib.
Hücum nəticəsində Türkiyə vətəndaşlarının da olduğu ekipaj üzvlərindən bir neçəsi xəsarət alıb. Nazirlik yaralıların vəziyyətinin diqqətlə izlənildiyini qeyd edib.
Türkiyə Xarici İşlər Nazirliyi Qara dənizdə mülki gəmiçiliyin təhlükəsizliyinin təmin olunması üçün bütün tərəfləri zəruri tədbirlər görməyə çağırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31