"Saudi Aramco": Husilərin hücumları əməliyyatlarımıza ciddi təsir göstərməyib- ÖZƏL
14:18 DünyaSəudiyyə Ərəbistanının dövlət neft şirkəti Saudi Aramco bəyan edib ki, Yəməndəki "Ənsar Allah" (Husi) hərəkatının iyul ayında şirkətin obyektlərinə endirdiyi zərbələr fəaliyyətə ciddi təsir göstərməyib. Olaylar.az xəbər verir ki, şirkətin baş icraçı direktoru Əmin Nasirin sözlərinə görə, bəzi obyektlər hücuma məruz qalsa da, bu, nə əməliyyatların gedişinə, nə də şirkətin maliyyə vəziyyətinə əhəmiyyətli təsir edib.
"Şirkətin bəzi obyektlərinə hücum edilib, lakin bu, əməliyyatlara və ya maliyyə vəziyyətinə əhəmiyyətli dərəcədə təsir göstərməyib. İyul ayında baş verən hücumlar da imkanlarımıza ciddi təsir etməyib", -deyə Əmin Nasir bildirib.
Qeyd edək ki, açıqlama Bloomberg agentliyinin məlumatında yer alıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31