İrakli Kobaxidze: “Milli kimliyimizə hücumların qarşısını alacağıq” – ÖZƏL
14:03 DünyaOlaylar.az xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkənin milli kimliyinə, dininə və tarixi xadimlərinə qarşı sistemli hücumların edildiyini bildirib. O, bu proseslərin qarşısını almaq üçün yeni qanunların qəbul edilə biləcəyini istisna etməyib.
Baş nazirin sözlərinə görə, cəmiyyətdə nifrət və təcavüz toxumu səpən qüvvələr bu cür təşəbbüslərə qarşı çıxırlar: "Milli kimliyimizə qarşı koordinasiya olunmuş hücumlara reaksiya vermək mütləqdir. Cəmiyyətə süni nifrət aşılanmasının qarşısını almaq üçün hər şeyi edirik. Müqəddəslərimizin, böyük çarlarımızın və ictimai xadimlərimizin təhqir olunması təsadüfi deyil, sifarişli fəaliyyətin tərkib hissəsidir. Məqsəd milli identikliyimizi zəiflətməkdir. Əgər bunun qarşısını almaq üçün yeni qanun lazımdırsa, bunu müzakirə etməyə hazırıq."