Keçmiş məmur Nikol Paşinyanı məhkəməyə verib: İddiya baxılacaq – ÖZƏL
12:24 DünyaOlaylar.az xəbər verir ki, Ermənistanın Mülki Məhkəməsi Beynəlxalq Hüquqi Məsələlər üzrə Nümayəndə Ofisinin keçmiş rəhbəri, "Birlik Qanadları" partiyasının nümayəndəsi Liparit Drmeyanın Baş nazir Nikol Paşinyana qarşı qaldırdığı iddianı icraata götürüb. İşə hakim Alfred Vardanyan baxacaq.
Məhkəmə çəkişməsinə hər iki tərəf arasında yaranan qalmaqal səbəb olub. İyulun 30-da keçirilən brifinqdə Paşinyan hüquq-mühafizə orqanlarından Drmeyanı hökumətdə çalışarkən "şəxsi mənafelərə hərəkət etməkdə" ittiham edərək onun fəaliyyətinin yoxlanılmasını tələb edib. Cavab olaraq Drmeyan Baş nazirin bu iddiaları təkzib etməsi tələbi ilə iyulun 31-də məhkəməyə müraciət edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31