Hörmüz yaxınlığında daha bir ticarət gəmisi hücuma məruz qalıb

Hörmüz boğazı yaxınlığında yük gəmisinə hücum olub.

Bu barədə Böyük Britaniyanın Dəniz Ticarəti Əməliyyatları Agentliyi (UKMTO) məlumat yayıb.

Agentliyin "X" sosial şəbəkəsində yaydığı məlumata görə, insident Oman sahillərindən təxminən 37 kilometr məsafədə, Hörmüz boğazının mərkəzi hissəsində yerləşən Əl-Xasab şəhərindən 20 dəniz mili şimal-şərqdə baş verib.

İlkin məlumata əsasən, gəmi naməlum mərmi ilə hücuma məruz qalıb.

Hadisə nəticəsində ekipaj üzvləri arasında xəsarət alanların olub-olmaması, gəminin vəziyyəti və mümkün ekoloji fəsadlarla bağlı hələlik məlumat verilməyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31