Ukraynada elektrik stansiyalarının 80%-dən çoxu dağılıb və ya zədələnib ÖZƏL

Ukraynanın Baş nazirinin birinci müavini və energetika naziri Denis Şmıhal bildirib ki, ölkədə elektrik stansiyalarının 80%-dən çoxu dağıdılıb və ya zədələnib. Olaylar.az xəbər verir ki, onun sözlərinə görə, ötən qış enerji infrastrukturuna endirilən zərbələrdən sonra Ukraynanın elektrik istehsal gücü 56 GVt-dan 12 GVt-a enib, hazırda isə təxminən 6 GVt enerji çatışmazlığı mövcuddur. Şmıhal qarşıdakı qış mövsümünə qədər 10 GVt-dan çox istehsal gücünün və 3 GVt paylanmış generasiya imkanlarının bərpasının vacib olduğunu vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31