Qagik Tsarukyanın şirkətlərindəki cinayət işləri üzrə yeni həbslər həyata keçirilib – ÖZƏL
12:00 DünyaOlaylar.az xəbər verir ki, Ermənistanın "Çiçəklənən Ermənistan" Partiyasının rəhbəri Qagik Tsarukyanın şirkətləri ilə bağlı qaldırılan iki cinayət işi çərçivəsində "Arinc Moll" ticarət mərkəzinin keçmiş direktoru və "Multi Transport" şirkətinin sahibi həbs olunub.
İstintaq Komitəsinin məlumatına görə, "Arinc Moll" üzrə təxminən 493 milyon dram (1,35 milyon dollar) vergidən yayınma faktı ilə bağlı hazırkı direktor Alik Nazaryan ev dustaqlığına buraxılıb, keçmiş direktor Samvel Hakobyan isə həbs edilib. Digər iş üzrə isə "Multi Transport" şirkətində 1 milyard dramdan (3 milyon dollar) çox vergidən yayınma ittihamı ilə direktor Artur Dallakyan ev dustaqlığına buraxılıb, sahibi Hayk Qalstyan isə həbs olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31