Latviya Belarusla yeganə sərhəd-keçid məntəqəsinin gələcəyinə bu gün qərar verəcək- ÖZƏL
10:45 DünyaLatviya Nazirlər Kabineti avqustun 4-də Belarusla sərhəddə fəaliyyət göstərən yeganə nəzarət-buraxılış məntəqəsi- "Paternieki"nin gələcək fəaliyyəti ilə bağlı məsələni müzakirə edəcək.
Olaylar.az xəbər verir ki, bu barədə Delfi portalı Baş nazir Andris Kulberqsa istinadən məlumat yayıb.
Baş nazir bildirib ki, dövlət təhlükəsizliyi gücləndirmək və qeyri-qanuni miqrasiya təzyiqini azaltmaq üçün bütün mövcud imkanlardan istifadə etməlidir. Onun sözlərinə görə, görülən tədbirlərin dövlət sərhədinə və infrastrukturuna düşən yükü azaldıb-azaltmadığı qiymətləndirilməlidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31