Ermənistanın KTMT-də səs hüququndan məhrum edilməsi məsələsi konsensusla həll olunacaq – ÖZƏL
10:38 DünyaOlaylar.az xəbər verir ki, Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) orqanlarında səs hüququndan məhrum edilməsi ehtimalı yalnız təşkilata üzv dövlətlərin yekdil qərarı (konsensus) ilə mümkündür. Bu barədə Rusiyanın KTMT yanında daimi nümayəndəsi Viktor Vasilyev bildirib.
Vasilyev qeyd edib ki, Noyabrın 11-də Moskvada keçiriləcək Kollektiv Təhlükəsizlik Şurasının sessiyasında dövlət başçılarının bu məsələni müzakirə edəcəyi gözlənilir. Təşkilatın Nizamnaməsinin 25-ci maddəsinə əsasən, ölkə iki ildən artıq müddətdə üzvlük haqqını ödəmədikdə onun səs hüququ və kvota vəzifələrinə namizəd irəli sürmək hüququ dondurula bilər.
Diplomatın sözlərinə görə, de-fakto bu vəziyyət artıq yaranıb: "Ermənistan iki ildən çoxdur ki, Katibliyə öz nümayəndələrini irəli sürmür və Birləşmiş Qərargahdakı təmsilçilərini geri çağırıb."