“Kollektiv Milli Hərəkatın siyasi sistemdə yeri yoxdur” – İrakli Kobaxidze – ÖZƏL

Olaylar.az xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze "Vahid Milli Hərəkat" partiyasında baş verən daxili çəkişmələrə münasibət bildirib. Baş nazir qeyd edib ki, bu cür qüvvələr ölkənin sağlam demokratik sistemində yer almamalıdır.

Kobaxidzenin sözlərinə görə, müxalifət daxilindəki parçalanma və qarşıdurmalar onların zəifliyinin bariz göstəricisidir: "Bu partiya hətta zəifləmiş müxalifət daxilində ikinci yeri tutub və gələcəkdə heç bir şansı yoxdur. "Kollektiv Milli Hərəkat" siyasi sistemin tərkib hissəsi olmamalıdır, əks halda siyasi sistem də sağlam şəkildə inkişaf edə bilməz."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31