"Vahid Milli Hərəkat"da ciddi struktur islahatları: Sədr postu ləğv olunur – ÖZƏL
16:06 DünyaOlaylar.az xəbər verir ki, Gürcüstanın əsas müxalifət partiyası "Vahid Milli Hərəkatı"nda (VMH) köklü dəyişikliklər gözlənilir. Partiyanın siyasi katibi Qiorqi Baramidze bildirib ki, avqustun 5-də keçiriləcək qurultayda sədr və baş katib postları ləğv edilərək əvəzində Rəhbər Şura yaradılacaq.
Mixail Saakaşvilinin təşəbbüsü ilə hazırlanan yeni islahat paketinə əsasən, partiya üzvlüyü ödənişli əsaslarla həyata keçiriləcək və xüsusi mobil tətbiq vasitəsilə qərarların qəbulunda bütün üzvlərin birbaşa iştirakı təmin olunacaq. Baramidze, həmçinin hazırkı sədr Tina Bokuçavanın siyasi şuranın iclasının qanunsuzluğu ilə bağlı iddialarını təkzib edərək, iclasda kvorumun tam olduğunu vurğulayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31