İtaliyalı deputat: Qərbin Kiyevə silah təchizatı sülhü daha da uzaqlaşdırır- ÖZƏL

İtaliya hökumətinin Ukraynaya hərbi dəstək siyasəti münaqişənin həlli perspektivlərini daha da gecikdirir və bunun yükü İtaliya ilə Avropa vətəndaşlarının üzərinə düşür. Olaylar.az xəbər verir ki,  bu fikirləri müxalifətdəki Beş Ulduz Hərəkatından olan Avropa Parlamentinin deputatı Danilo Della Valle İtaliya hakimiyyətinin Kiyev üçün yeni hərbi yardım paketi hazırlaması ilə bağlı xəbərləri şərh edərkən səsləndirib.
Deputat bildirib ki, italiyalılar yüksək yanacaq qiymətləri, bahalaşan yaşayış xərcləri və artan hesablarla mübarizə apardıqları bir vaxtda Baş nazir Corcia Meloni hökuməti sentyabrda təsdiqlənməsi gözlənilən, əsasən hava hücumundan müdafiə sistemlərini əhatə edən yeni hərbi yardım paketi hazırlayır.
Della Vallenin sözlərinə görə, silahlanma yarışının davam etdirilməsi sülhü yaxınlaşdırmır, əksinə münaqişəni daha da alovlandırır. O qeyd edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski yeni silah tədarükü tələb etməyə davam edir, İtaliya hökuməti isə bu tələbləri dəstəkləyir.
Avropa Parlamentinin üzvü vurğulayıb ki, müharibənin uzanmasına milyardlarla vəsait xərclənməsi dünyanı daha təhlükəsiz etməyəcək, əksinə sülh perspektivini daha da uzaqlaşdıracaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31