İrakli Kobaxidze: “Anakliya dərinsu axınlı limanı ilk gəmiləri 2029-cu ildə qəbul edəcək” – ÖZƏL
13:43 DünyaOlaylar.az xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında Anakliya dərinsu axınlı dəniz limanının böyük perspektivlərə malik olduğunu və 2029-cu ilə qədər ilk gəmiləri qəbul edəcəyini bildirib. Onun sözlərinə görə, layihədə bir neçə ölkənin maraqları təmsil olunacaq.
Baş nazir vurğulayıb ki, liman layihəsinə tərəfdaşlar tərəfindən böyük maraq göstərilir: "Bu layihəyə Mərkəzi Asiya ölkələri, qonşu dövlətlər, Yaxın Şərq ölkələri və Avropa şirkətləri də daxil olmaqla çox böyük maraq var. Məqsədimiz birinci mərhələni mümkün qədər tez yekunlaşdırmaqdır. Vəzifəmiz 2029-cu ilə qədər birinci fazanı bitirməkdir ki, Anakliya limanı ilk gəmilərini qəbul edə bilsin."
Kobaxidze həmçinin qeyd edib ki, müqaviləyə yenidən baxılması səbəbindən müəyyən gecikmə yaşansa da, layihənin dəyəri təxminən 50 milyon dollar azaldılıb. Hazırda işlərin tam sürətlə və maneəsiz davam etdiyini bildirən Baş nazir, 2029-cu il hədəfinə çatmaq üçün prosesin optimistik məcrada irəlilədiyini diqqətə çatdırıb.