Tümen vilayətində daşqınlara görə fövqəladə vəziyyət elan edilib – ÖZƏL
13:16 DünyaOlaylar.az xəbər verir ki, Rusiyanın Tümen vilayətində daşqınlarla bağlı vəziyyətin kəskinləşməsi səbəbindən fövqəladə vəziyyət (FV) rejimi tətbiq olunub. Məlumata görə, son günlər bölgədə suyun səviyyəsinin yüksəlməsi bir sıra yaşayış məntəqələrində problemlərə yol açıb.Bundan əvvəl isə yerli sakinlər içməli su ilə bağlı narahatlıqlarını ifadə edərək kran suyundan xoşagəlməz qoxu gəldiyini bildiriblər. Hazırda aidiyyəti qurumlar vəziyyəti nəzarətdə saxlamaq və daşqınların fəsadlarını aradan qaldırmaq üçün tədbirlər həyata keçirirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31