Ermənistanda etiraz: Qagik Tsarukyanın şirkətlərinin əməkdaşları hökumət binası qarşısında toplaşıb – ÖZƏL

Olaylar.az xəbər verir ki, Ermənistanda həbsdə olan "Çiçəklənən Ermənistan" partiyasının lideri, iş adamı Qagik Tsarukyana məxsus şirkətlərin yüzə yaxın əməkdaşı Hökumət binası qarşısında növbəti etiraz aksiyası keçirib. Aksiyanın iştirakçıları möhürlənmiş müəssisə və obyektiərin açılmasını, həmçinin hesablar üzərindən həbsin götürülərək işə qayıtmalarına şərait yaradılmasını tələb edirlər.

Təşkilatçılar bildiriblər ki, hələ iyulun 30-da onlara məsələ ilə bağlı aydınlıq gətiriləcəyi vəd olunsa da, konkret cavab verilməyib. Aksiyadan təxminən yarım saat sonra şirkətlərin bir neçə nümayəndəsi hökumət binasına görüşə dəvət olunub. Etirazçılar tələbləri yerinə yetirilənədək ərazini tərk etməyəcəklərini bəyan ediblər.

Xatırladaq ki, iyulun 6-da hüquq-mühafizə orqanları Tsarukyanın malikanəsində və "Multi Qrup" konserninə daxil olan müəssisələrdə axtarış apararaq obyektləri möhürləyib, iş adamını isə 2 aylıq həbs ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31