"Ermənistan" fraksiyası parlament sədri seçkilərinin səsverməsini boykot edəcək- ÖZƏL
12:34 DünyaErmənistan parlamentində müxalifətdə təmsil olunan "Ermənistan" fraksiyası hakim Vətəndaş Müqaviləsi Partiyasının namizədi Ruben Rubinyanın parlament sədri seçkilərində keçiriləcək gizli səsvermədə iştirak etməyəcək.
Olaylar.az xəbər verir ki, bu barədə fraksiya rəhbəri Anna Qriqoryan parlamentin iclasında bildirib.
"Ermənistan" fraksiyası adından sizə bildirmək istəyirəm ki, biz gizli səsvermədə iştirak etməyəcəyik", - deyə o qeyd edib.
Xatırladaq ki, iyunun 7-də keçirilən parlament seçkilərinin nəticələrinə əsasən, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyası səslərin 49,7456 faizini qazanıb. İş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi Güclü Ermənistan bloku 23,2710 faiz, keçmiş prezident Robert Köçəryanın rəhbərlik etdiyi Ermənistan bloku isə 9,9231 faiz səs toplayıb.