Elvira Baryakina: Rusiyada generallara qarşı hücumlar toxunulmazlıq mifini sarsıdır

Olaylar.az xəbər verir ki, rusiyalı yazıçı Elvira Baryakina avqustun 1-də Moskvadakı "Balzi Rossi" restoranında baş vermiş partlayış fonunda Rusiya hakimiyyət sistemi və ölkə elitasının təhlükəsizlik anlayışı ilə bağlı fikirlərini özünün Facebook səhifəsində paylaşıb.

Baryakina paylaşımında bildirib ki, partlayışın hədəfi Rusiya Federasiyası Hava-Kosmik Qüvvələrinin baş komandanı Aleksandr Çayko olub. Yazıçının sözlərinə görə, son illər Rusiya hərbi rəhbərliyinə qarşı təşkil edilən hücumlar ölkənin ali təbəqəsinin özünü toxunulmaz hesab etməsi barədə təsəvvürləri sarsıdır.

Onun fikrincə, Rusiya elitası uzun müddət qanundan və təhlükələrdən kənarda olduqlarına inanıb. Baryakina hesab edir ki, generallara və yüksək vəzifəli şəxslərə qarşı baş verən hücumlar göstərir ki, heç bir sistem onlara tam təhlükəsizlik zəmanəti verə bilmir.

Yazıçı paylaşımında həmçinin Rusiya dövlət mediasının bu cür hadisələri ya ümumiyyətlə işıqlandırmadığını, ya da təhrif olunmuş formada təqdim etdiyini iddia edib. Onun qənaətincə, rəsmi məlumatlarla sosial şəbəkələrdə və müstəqil media platformalarında yayılan məlumatlar arasında yaranan fərqlər dövlət institutlarına olan etimadı zəiflədir.

Baryakina qeyd edib ki, müasir informasiya şəraitində vətəndaşlar müxtəlif mənbələrdən məlumat əldə etmək imkanına malikdirlər və buna görə də hadisələrin gizlədilməsi və ya fərqli təqdim olunması əvvəlki dövrlərlə müqayisədə daha çətinləşib.

Yazıçı Rusiya hakimiyyətinin əsas problemlərindən birinin reallığı qəbul etməkdə çətinlik çəkməsi olduğunu vurğulayaraq bildirib ki, çətin vəziyyətlərdə həqiqəti etiraf etməkdən yayınmaq zəiflik əlaməti kimi qiymətləndirilə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31