Təhlükəsizlik qüvvələri Seutaya sızmış ola biləcək cihadçıları axtarır- ÖZƏL
12:05 Dünyaİspaniya hüquq-mühafizə orqanları miqrant axını zamanı Afrikanın şimal sahilində yerləşən Seuta muxtar şəhərinə daxil ola biləcək potensial cihadçıları və cinayətkarları müəyyən etmək üçün mümkün qədər tez işləyir. Olaylar.az xəbər verir ki, bu barədə " El Confidencial" qəzeti Daxili İşlər Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Mülki Qvardiya və Milli Polis əməkdaşları qanunsuz immiqrantların kütləvi şəkildə şəhərə daxil olmasının video görüntülərini təhlil edir və şəhər küçələrində patrul xidməti həyata keçirirlər. Bu təhlükəsizlik pozuntusunun qarşısını almaq üçün bütün mövcud resurslar səfərbər edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31