Moskvanın mərkəzindəki restoranda baş verən partlayışda 3 nəfər ölüb, 15 nəfər yaralanıb
1 Avqust 22:00 DünyaMoskvanın mərkəzində yerləşən "Balzi Rossi" restoranında baş verən partlayış nəticəsində üç nəfər həlak olub, daha 15 nəfər yaralanıb.
bu barədə "Kommersant" qəzeti Moskva Daxili İşlər İdarəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, partlayış Kudrinskaya meydanında yerləşən hündürmərtəbəli binadakı "Balzi Rossi" İtaliya restoranında Moskva vaxtı ilə saat 20:10 radələrində baş verib.
Rusiya KİV-lərinin məlumatına əsasən, hadisə yerində fövqəladə xidmətlərin əməkdaşları işləyir, mütəxəssislər partlayışın səbəblərini araşdırırlar.
İlkin məlumata görə, hadisə baş verən vaxt restoran adi ziyarətçilər üçün bağlı olub və burada özəl tədbir keçirilirmiş.
Partlayışdan sonra hadisə yerinə çoxsaylı təcili tibbi yardım briqadaları və Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.
Hadisə ilə əlaqədar Moskva şəhər rəhbərliyi paytaxtda keçirilməsi planlaşdırılan gecə velosiped festivalını da ləğv edib.