Belarusun Polşa və Litva sərhədlərində növbələr azalmağa başlayıb- ÖZƏL
10:40 DünyaLatviyanın Belarusla sərhəddə fəaliyyət göstərən yeganə nəzarət-buraxılış məntəqəsini bağlamasından sonra Belarusdan Polşa və Litvaya keçid məntəqələrində yaranan uzun növbələr tədricən azalmağa başlayıb.
Olaylar.az xəbər verir ki, bu barədə Belarusun Dövlət Sərhəd Komitəsinin məlumatlarına əsasən TASS xəbər yayıb.
Latviyanın daxili işlər naziri Yanis Dombrava bildirib ki, iki ölkə arasındakı sərhəd texniki səbəblərə görə bağlanıb. Belarus Dövlət Sərhəd Komitəsi isə təsdiqləyib ki, Latviya tərəfinin qərarı ilə Belarus-Latviya sərhədindəki yeganə açıq keçid məntəqəsi olan Qriqorovşina vasitəsilə nəqliyyatın hərəkəti iyulun 31 dən etibarən tam dayandırılıb.
Məlumata görə, bundan sonra Polşa və Litva sərhəd-keçid məntəqələrində müşahidə olunan sıxlıq hazırda tədricən azalır.