Braziliyada 15 yaşlı futbolçu oyun zamanı güllələnərək öldürüldü
10:37 DünyaBraziliyada faciəvi hadisə baş verib. Yoldaşlıq oyunu zamanı silahlı hücum nəticəsində 15 yaşlı futbolçu Mikael Leandro da Silva həyatını itirib.
Hadisə Maseyo şəhərində qeydə alınıb. Məlumata görə, "Sentro Sportivo Alaqoano" klubunun gənclər komandasında çıxış edən Mikael Leandro da Silva yoldaşlıq görüşü zamanı açılan atəş nəticəsində güllələnib.
Silahlı insident zamanı yeniyetmə futbolçu ilə yanaşı, daha bir neçə nəfər də müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
İlkin məlumata əsasən, hücumun narkotik alveri ilə məşğul olan cinayətkar qruplaşmalar tərəfindən törədildiyi ehtimal olunur.
Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31