Şalva Kereselidze "Gürcü arzusu"nu kəskin tənqid etdi: "Siz həqiqətən gürcü cəmiyyətini axmaq hesab edirsiniz?" – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Gürcüstan üçün" parlament fraksiyasının sədri Şalva Kereselidze Regional Siyasət üzrə Dövlət Nazirliyi vəzifəsinin yaradılması və bu posta Mamuka Mdinaradzenin təyin olunması qərarını kəskin tənqid edib.

Kereselidze "Gürcü arzusu" partiyasını "ucuz siyasi sirk karuseli" ilə məşğul olmaqda ittiham edərək bildirib ki, regionların gücləndirilməsi həqiqətən prioritetdirsə, Regional İnkişaf Nazirliyini ləğv edib güc blokunun keçmiş koordinasiyaçısını bu vəzifəyə gətirmək məntiqsizdir: "Siz həqiqətən gürcü cəmiyyətini axmaq hesab edirsiniz ki, onu belə yalanlarla bəsləyirsiniz? Region sakini olan insanlar onların rifahının sizin oyuncağınıza və siyasi əyləncənizə çevrilməsinə layiq deyillər."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31