Mamuka Mdinaradze regionlarda idarəetməni gücləndirəcək – ÖZƏL
12:31 DünyaOlaylar.az xəbər verir ki, hakim "Gürcü Arzusu" Partiyasının deputatı Levan Maçavariani bildirib ki, Mamuka Mdinaradze regionlarda idarəetmə sisteminin təkmilləşdirilməsi və qərarların qəbulunun sürətləndirilməsi istiqamətində mühüm işlər görəcək.
Onun sözlərinə görə, regionlarda əsas problemlər idarəetmə zəncirindəki gecikmələr və bəzi hallarda məsuliyyətin üzərinə götürülməməsi ilə bağlıdır. Maçavariani hesab edir ki, Mdinaradze öz iş üslubu və idarəçilik təcrübəsi sayəsində bu çətinliklərin həllinə nail olacaq.
Deputat müxalifətin tənqidlərinə də toxunaraq bildirib ki, Mdinaradzenin hakim komandanın aparıcı simalarından biri olması səbəbindən siyasi rəqiblər onun rəhbər vəzifədə qalmasını istəmirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31