Rusiyada milyarder Kustov saxlanılıb
18:17 DünyaMoskvada yağ-piy sənayesi üzrə fəaliyyət göstərən "Efko" şirkətlər qrupunun direktorlar şurasının sədri və baş səhmdarı - milyarder Valeri Kustov saxlanılıb. O iriməbləğli dələduzluqda şübhəli bilinir.
Bu barədə RBK məlumat yayıb
Məlumata görə, Kustovla birlikdə "Efko" Şirkətlər Qrupunun baş direktoru Yevgeni Lyaşenko da saxlanılıb. İstintaq onların barəsində həbs qətimkan tədbirinin seçilməsini tələb edir.
Bundan əvvəl həmin cinayət işi üzrə "Efko"nun inkişaf üzrə direktor müavini Yekaterina Kustova və qrupun idarəedici şirkətinin strateji inkişaf direktoru Vladislav Romantsev də təqsirləndirilən şəxslər qismində istintaqa cəlb olunmuşdu. Məhkəmə onları bir gün əvvəl həbs edib.
Qeyd edək ki, saxlanılan Valeri Kustov Forbes jurnalının 2026-cı il üzrə Rusiya milyarderlərinin reytinqində 144-cü yerdə qərarlaşıb. Nəşr onun sərvətini 1,1 milyard ABŞ dolları həcmində qiymətləndirir.