İrakli Kupradze: "Mdinaradze üçün yer tapmadıqları üçün onu kəndə göndərdilər" – ÖZƏL
13:06 DünyaOlaylar.az xəbər verir ki, "Güclü Gürcüstan - Lelo" koalisiyasının liderlərindən biri İrakli Kupradze hökumətdəki kadr və struktur dəyişikliklərini kəskin tənqid edərək Mamuka Mdinaradzenin Regional Siyasət üzrə Dövlət Naziri təyin olunmasını "gülünc addım" adlandırıb. Kupradzenin sözlərinə görə, hakimiyyət daxilində xaos hökm sürür və Mdinaradze üçün heç bir idarədə yer tapılmadığından, lazımsız əşya kimi "kəndə göndərilib".
Müxalifətçi siyasətçi Bidsina İvanişvilini dövlət idarəçiliyini qeyri-peşəkar və korrupsiyalaşmış kadrların öhdəsinə buraxmaqda ittiham edib və bildirib ki, dövlət maraqlarına daha çox zərər vurulmaması üçün bu hakimiyyət getməlidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31