Ermənistan tomat idxalına 6 aylıq qadağa qoydu – ÖZƏL
12:39 DünyaOlaylar.az xəbər verir ki, Ermənistan hökumətinin qərarı ilə ölkəyə, o cümlədən AİB üzvü olan dövlətlərdən tomat idxalına 6 ay müddətinə qadağa qoyulub. Qərarın məqsədi yerli istehsalın satış həcmini artırmaq və yerli fermerlərin məhsulunun tam tədarükünü təmin etməkdir. Bu addıma səbəb Ermənistandan Rusiyaya tərəvəz ixracına tətbiq edilən məhdudiyyətlər ucbatından istixana pomidorunun daxili bazarda yığılması və açıq sahədə yetişdirilən məhsula tələbatın kəskin düşməsidir. Belə ki, may-iyul aylarında ölkədən cəmi 800 ton istixana pomidoru ixrac olunub, halbuki ötən ilin eyni dövründə bu göstərici 7000 ton təşkil edirdi.
Məlumat üçün bildirilib ki, 2020-2025-ci illərdə Ermənistana illik orta hesabla 5336 ton tomat idxal olunub, ixrac isə 3822 ton təşkil edib.