İsrail ABŞ-ın İranla bağlı aydın strategiyasının olmamasından narahatdır- ÖZƏL
12:37 Dünyaİsrail hakimiyyəti ABŞ rəhbərliyinin İranla münaqişənin həlli və ya genişmiqyaslı hərbi əməliyyatların bərpası üçün dəqiq bir strategiyasının olmamasından narahatdır. Olaylar.az xəbər verir ki, bu barədə Associated Press (AP) İsrail mənbələrinə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, yəhudi dövlətinin rəhbərliyi ABŞ prezidenti Donald Trampın 3 noyabr 2026-cı il tarixli ara seçkilərə qədər heç bir aydın nəticə əldə etmək perspektivi olmadan "bu müharibəni İranla qaynar şəkildə" davam etdirəcəyindən qorxur. Bundan əlavə, İsrail neft qiymətlərinin artması və ABŞ raket ehtiyatlarının tükənməsi səbəbindən ABŞ-ın İrana qarşı hərbi əməliyyatları məhdudlaşdırmaq istəyindən narahatdır.
Lakin AP mənbələrinin bildirdiyinə görə, 28 iyulda Trampla görüş zamanı İsrailin Baş naziri Benyamin Netanyahu Amerika liderinə yəhudi dövlətinin ABŞ-ın İran məsələsindəki xarici siyasətini izləyəcəyinə və Vaşinqtonun qərarlarını dəstəkləyəcəyinə əminlik verib.